Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2014

ABŞ-dan Bakı və İrəvana “atışmanı dayandırın” çağırışı

“Biz Azərbaycanla Ermənistan arasında atəşkəs rejiminin pozulması üzündən həlak olan insanlara görə təəssüflənirik. Bizim mövqeyimiz dəyişilməz olaraq qalır: bu münaqişəni güc tətbiqi yolu həll etmək olmaz”.

Virtualaz.org saytı xəbər verir ki, ABŞ Dövlət Departamentinin rəsmi saytında yer alan çağırışda belə deyilir.



Dövlət Departamentinin mətbuat katibinin müavini Mari Harf Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi barədəki sualı cavablandırarkən deyib ki, ABŞ tərəfləri güc tətbiqindən çəkinməyə çağırır: “Biz bu istiqamətdə birgə səylər sayəsində sülhə nail olmaq niyyətindəyik. Bizim bu məsələdəki mövqeyimiz dəyişilməz olaraq qalır”.

Yada salaq ki, qoşunların təmas xəttində son 4 gündə gərgin vəziyyət yaranıb. Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, Ermənistan tərəfi atəşkəs rejimini bu müddət ərzində 380 dəfədən çox pozub.
1766 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 16:47