Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2014

“Biz müharibəyə hazırıq, əgər...”

“Ermənistan müharibə istəmir, amma əgər onu məcbur etsələr, bizim müharibədən başqa yolumuz yoxdur.
Bilirsinizmi, belə bir mühitdə hərbi əməliyyatların başlaması ehtimalını hətta mən də istisna edə bilmirəm. Çünki bizim ölkəmizdə ən azı iki adam - prezident və müdafiə naziri - bunu görünür, mütləq nəzərə almalıdırlar ki, hərbi əməliyyatlar məhz sabah da başlaya bilər. Lakin mən hərbi əməliyyatların yaxın gələcəkdə başlaya bilməsi ehtimalını hələ görmürəm. Amma yenə deyirəm, əgər bizi müharibəyə məcbur eləsələr, biz döyüşməyə məcbur olacağıq”.

Bu sözlər Ermənistan prezidenti Serj Sərkisyana məxsusdur. Virtualaz.org saytı erməni nəşrlərinə istinadən xəbər verir ki, S.Sərkisyan bu sözləri yerli jurnalistlərin suallarını cavablandırarkən deyib.

Azərbaycan ordusunun erməni silahlı qüvvələri üzərindəki hərtərəfli üstünlüyü barədəki informasiyaları şərh edən S.Sərkisyan etiraf edib ki, Ermənistan büdcəsindən orduya ayrılan vəsait o qədər də böyük deyil. Amma o, əlavə edib ki, erməni ordusu silah-sursat sarıdan korluq da çəkmir.

“Ordu elə bir orqanizmdir ki, onun yeni silah-sursata daim ehtiyacı olur. Biz müharibə istəmirik, aydındır ki, bunu istəmirik. Amma əgər bizi buna məcbur eləsələr, döyüşməkdən ayrı yolumuz qalmayacaq. Digər tərəfdən də münaqişəni sülh yolu ilə həll eləmək üçün əlimizdən gələn hər şeyi edirik” - deyə Ermənistan prezidenti bildirib.
1818 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16,