Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2014

Taner Yıldız: “Türkiyə İranla ticarətini artırmaq istəyir”

Türkiyə İranla ticarət dövriyyəsinin həcmini artırmaq istəyir.  “Mehr” xəbər agentliyinin verdiyi məlumata görə, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız deyib. O bildirib ki, Türkiyə 2013-cü ildə İrandan 7,6 milyard dollar neft və təbii qaz idxal edib: “Bu rəqəmin 3,1 milyard dolları neft, 4,5 milyard dolları təbii qazdır. Türkiyə müvafiq qanunlar çərçivəsində və hüquqi zəmində İranla ticarətin həcmini inkişaf etdirmək istəyir”.

Qeyd edək ki, İranın neft naziri Bijen Namdar Zəngənə Türkiyəyə səfəri çərçivəsində T. Yıldızla iki ölkə arasındakı ticarət əlaqələrini inkişaf etdirmək yolları ilə bağlı fikir mübadiləsi aparılıb./apa/
1599 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 23:53