Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2014

Cavad Zərif: "Əcnəbilər Suriyanı tərk etsinlər"

İranın Xarici işlər naziri Cavad Zərif Suriyada döyüşən xarici ölkə vətəndaşlarının ölkəni tərk etməsi barədə çağırış edib.

Dünya İqtisadi Əməkdaşlıq forumu Davos iclaslarında iştirak edən Cavad Zərif ona ünvanlanan "Suriyada tərəf tutursunuz?" sualına cavab olaraq bildirib ki, "biz bu məsələdə tərəf tutmuruq, bu anlayış məsələsidir".

Suriyada insanların vəhşicəsinə qətlə yetirildiyini bildirən Zərif bununla da terrorçulara şərait yaradıldığını deyib.

Suriya böhranının həll edilməli olduğunu və orada sabitliyin yaradılması üçün döyüşən xarici ölkə vətəndaşlarının da Suriyanı tərk etməli olduğunu bildirib.

"Hizbullahın Suriyadan çıxması çağırışını edə bilərsinizmi?" sualına isə Zərif əlimizdən gələni edərik deyib.
1586 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...