Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2014

Əməkhaqlarını ala bilməyən ustalar çıxılmaz vəziyyətdə qalıb

Qanunsuz olaraq müqaviləsiz işçi çalışdıran iş icraçısını tapmaq mümkün olmayıb

HadisəTweet Bakı sağlamlıq mərkəzinin tikintisini aparan ustalar artıq bir neçə aydır ki, gördükləri əməyə görə podratçı şirkət olan Alfa ltd tərəfindən məvacib ala bilmir. Ustaların Qurup rəhbəri olan Tacəddin Kərimov deyir, o, artıq 22 ustaya əməkhaqlarının verilməsinə görə məsuliyyət daşıdığından cibindən pul ödəməyə məcbur olub. 2009-cu ilin noyabrından Bakı Sağlamlıq mərkəzinin tkintisində çalışan ustalar şirkət rəhbəri olan İxtiyar Həsənovu günahlandırırlar və bildirirlər ki, artıq Sağlamlıq mərkəzi təhvil veriləndən sonra podratçı şirkət rəhbəri ilə heç cür əlaqə saxlamaq mümkün deyil

Bakı Sağlamlıq Mərkəzinin tikitisində iştirak edən ustaların əmək haqqlarının verilməməsinin səbəbini öyrənmək üçün şikayətçilərlə bərabər yollandıq İxtiyar müəllimin ixtiyarında olan ofisə. Əvvəlcə ofisdə heç kimin olmadığını görüb şirkətin sahə rəisi Taleh Cəfərova zəng vurduq. Telefon danışığından məlum oldu ki, elə sahə rəisi də aldanılıb və o da elə şirkət rəhbərini axtarırmış. Beləliklə bir neçə gün gedib gəlsək də, İxtiyar müəllim nə ofisdə tapıldı, nə də ki, telfonuna cavab verdi.

Bu arada isə Səhiyyə Nazirliyinin podratçı şirkətə həqiqətən də görülən işə görə pul ayrıldığını öyrəndik. Bundan başqa Dövlət Əmək müfəttişliyi xidmətindən aldığımız məlumata görə isə "Alfa" ltd şirkəti qanunsuz olaraq müqaviləsiz işçi çalışdırdığından 50 min manat cərimə olunub./ans/
1522 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi