Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2014

Bu il Azərbaycanda kommunal xidmət tarifi 50-60% artacaq

Hökumət kommunal tarifləri son 7-8 il ərzində qaldırmayıb və indi bunun artırılmasına ehtiyac yaranıb

Ötən ildən başlayan bahalaşma bu il də müşahidə olunacaq. Maya dəyərində yanacağın qiyməti bütün məhsullar üzrə bahalaşma həddi bu il də artan xətt üzrə olacaq. Bütün sahələrdə baş verəcək bu artım kommunal xidmət haqlarından da yan keçməyəcək. Yaxın aylarda mavi qazın, suyun və elektrik enerjisinin qiymətində müşahidə olunacaq bu artım nə az, nə çox düz 50-60% intervalında olacaq. Hələlik Tarif Şurasının hər hansı qərarı olmasa da, sonrakı dövrdə ölkədə ciddi qiymət artımının olacağı qaçılmazdır. İqtisadçı ekspert hesab edir ki, hökumət kommunal tarifləri son 7-8 il ərzində qaldırmayıb və indi bunun artırılmasına ehtiyac yaranıb. Bunu 2014-cü ilin büdcəsi tələb edir.

İqtisadçı-ekspert Vüqar Bayramlı benzinin qiymətində artım olmayacağını da sözlərinə əlavə edib. Nəqliyyat sahəsində gediş haqqlarının artırılması da öz aktuallığını qoruyur. Ekspert bu sahədə də artımın olacağını qaçılmaz hesab edir.

Təbii ki, tənzimlənən tariflərin artırılması ilə bağlı qərar Tarif Şurası tərəfindən verilir. Nəzərə alsaq ki, Tarif Şurası tariflərin dəyişdirilməsi ilə bağlı öncədən məlumat vermir, o zaman bir səhər belə bir "surprizlə" qarşılacağımız gözləniləndir. Hər halda, ötən ay benzinin qiymətinin artması qarşıdan bir bahalaşma dalğasının müjdəsini elə o zaman vermişdi./interaztv.com/
1618 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 11:29