Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2014

Konqresmenlər ermənilərin hücumuna haqq qazandırdı

“Konqres Azərbaycanın maliyyələşdirilməsini dayandırmalıdır”.

Bu iddia ilə ABŞ konqresmeni Adam Şif çıxış edib. O, Azərbaycanı məsuliyyətsizlikdə günahlandırıb:

“Azərbaycan sülh istəyir və buna görə də cəmiyyəti buna hazırlamalıdır. Biz Azərbaycanın Ramil Səfərov məsələsində göstərdiyi aqressiyaya qarşı ədalət tələb etməliyik. Biz Azərbaycana göstərməliyik ki, buna dözməyəcəyik”.

Konqresmen Bred Şerman isə daha da irəli gedərək Azərbaycanın sülh tərəfdarı olmadığını deyib. O, Qarabağın müstəqil dövlət olduğunu bəyan edib. Bundan sonra isə Azərbaycanı erməni əsgərini öldürməkdə günahlandırıb.

Qeyd edək ki, hər iki konqresmen ABŞ-da ermənilərin əsas müdafiəçisi olaraq tanınmaqdadırlar. Onlar erməni soyqırımı və Dağlıq Qarabağın müstəqil respublika kimi tanınması kimi iddialı çıxışıları ilə məşhurlaşıblar.
1602 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber