Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2014

Sual.nur-az.com-da həftənin sualı

Bismillah. SALAM. Men uzun bir zaman idi ki ozumu dindar kimi gosterirdim. Amma elhemdulillah tovbe etmisem heqiqi momin olmaga qerar vermisem. sualim budur ki men heddi buluq yasimdan bu gune qeder ki oruclarimi batil etmisem yeni yemek yemekle istimna etmekle ve s. indi menim boynmda 6 ilinqezasi va onu nece tutum yeni her bir gune 60 gun keffare varmi ya yox
Ad: Allah bendesi, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim
Sualda qeyd olunan halda, qəza və kəffarə sizə vacib olar. Qəzanı yerinə yetirməyə gəlincə, neçə günün qəzaya getməsini dəqiq bilərsə o qədər qəza yerinə yetirmək kifayətdir. Kəffarəni yerinə yetirmək, belədir ki, gərək hər gün üçün ya altımış gün oruc tutmalı (otuz bir günü ardıcıl olmaq şərti ilə), ya altmış fəqiri (illik gəlir qazana bilməyəni) doyurmalı, ya da altmış miskinə- hərəsinə bir müdd (bir müdd - təqribən 750 qr məsələn buğda ya çörək) - altmış müdd yemək verməlidir. Kəffarə tədricən də odənilə bilər və buna heç bir şey əlavə olmaz. Lakin orucun qəzası, növbəti ilin Ramazan ayına kimi yerinə yetirilməlidir. Əgər mübarək Ramazan ayının orucun qəzası, səhlənkarlıq üzündən və şəri üzrü olmadan növbəti ilin Ramazan ayına kimi yerinə yetirilməzsə, hər bir gün üçün bir müd təam fəqirə kəffarə verilməlidir. Amma əgər şəri üzr səbəbindən və bu (şəri üzr) orucun doğruluğuna maneə olarsa fidyəsi (hər gün üçün fəqirə verilən bir müd təam) yoxdur.
Gərək qəza olmuş oruc və namazları yerinə yetirəsiniz; kəffarəyə gəlincə əgər ixtiyarınızda olan sadalanan kəffarələrin heç birini etməyə qüdrətiniz yoxdursa, neçə nəfər fəqirə gücünüz çatırsa o qədər nəfərə təam verib ehtiyata görə istiğfar da edəsiniz. Əgər fəqiri doyurmağa heç imkanınız yoxdursa, tək Allah taaladan bağışlanmaq istəməsi kifayətdir. Yəni gərək həm ürək, həm də dillə Allah taaladan bağışlanmaq diləsin.

http://sual.nur-az.com/az/
1807 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı