Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2013

Suriya Kimvəyi Silahların Qadağası təşkilatına üzv oldu

Bu gündən etibarən artıq Suriya rəsmən Kimyəvi Silahların Qadağası təşkilatının üzvüdür. Deyerler.org-un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu gündən kimyəvi silahların qadağası üzrə konvensiya Suriyaya qarşı da tətbiq edilir. Rəsmi Dəməşq isə həmin konvensiyanı bu ilin sentyabrında imzalayıb.

Konvensiya bu təşkilata üzv olan ölkəyə kimyəvi silahların tətbiqini və onların istehsalını qadağan edir. Konvensiyanın birinci bəndinə əsasən həmin ölkə bütün kimyəvi silah ehtiyatlarını məhv etməlidir. Eyni zamanda bütün kimyəvi silah bazaların ekspertlərin üzünə açılmalıdır.

Qeyd edək ki, bu ilin sentyabrında Suriya Konvensiyaya qoşulmağa razılığını verib və təşkilata üzv olmasına razılıq verilib.
1581 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP