Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2014

Misirdə qanlı sabah

Misirin paytaxtı Qahirə səhəri güclü partlayışla açıb. Ans-in "Reuters"ə istinadla verdiyi məlumata görə, hadisə polis akademiyası binasının yaxınlığında qeydə alınıb.

Şənbə günü səhər saatlarında baş verən hadisə nəticəsində ən azı bir nəfər yaralanıb.

Hələlik partlayış haqqında ətraflı məlumat verilmir.

Qeyd edək ki, Misir ötən günü də sakit keçirməyib. Belə ki, cümə günü paytaxtda bir birinin ardınca 4 partlayış qeydə alınıb. Müxtəlif rayonlarda qeydə alınana terror aktları əsasən polis əməkdaşlarına qarşı yönəlib. İlk partlayış avtomobilə quraşdırılmış bombanın partlaması nəticəsində baş verib.

Partlayış qurbanları isə altı nəfər olub. 100-dan çox insan isə yaralanıb.

Terror aktları Misirdə Hüsnü Mübarəyin devrilməsi ilə nəticələnəın inqilabın 3-cü ildönümü ərəfəsində baş verib.
1624 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber