Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2014

“Ukraynanı iki yerə bölməmək Stalinin səhvi idi”

Jirinovski bu ölkəni iki yerə parçalamağa çağırır

Rusiya Liberal-Demokrat Partiyasının lideri, əksər hallarda qeyri-standart, bəzən isə ümumiyyətlə anlaşılmaz açqılamaları ilə diqqət çəkən Vladimir Jirinovski Ukraynanı iki yerə parçalamaq çağırışı ilə çıxış edib.

Virtualaz.org saytının rus nəşrlərinə istinadən verdiyi xəbərə görə, Jirinovski hesab edir ki, “yalnız Ukraynanın sivil qaydalar əsasında iki yerə bölünməsi bu ölkədəki problemi həll edə bilər, əks halda bu ölkədəki qırğın hələ uzun müddət davam edəcək”.

LDP lideri bu anormal fikirlərini Rusiyanın “Arqumentı i faktı” nəşrinə açıqlamasında dilə gətirib. O deyib: “Burada iki müxtəlif xalq var. Bunlar ruslar və ruslaşmış ukraynalılar və həmişə Avstriya-Macarıstan imperiyasının tərkibində yaşamış qərblilərdir. Ona görə də bu iki xalq bir-birinə həmişə düşmən olacaq. Bu vəziyyəti yalnız Ukraynanın iki ölkəyə bölünməsi aradan qaldıra bilər. Qoy katoliklər Qərbi Ukraynada, pravoslavlar isə Şərqi Ukraynada yaşasınlar”.

Jirinovski hesab edir ki, Ukraynanın vaxtında iki ölkəyə bölünməməsi İosif Stalinin səhvidir: “Stalin 1945-ci ildə ciddi səhvə yol verdi. O vaxt Qərbi Ukrayna torpaqlarını, yəni 5 regionu - İvano-Frankovsk, Ternopol, Lutsk, Rovno və Lvovu ayırıb müstəqil dövlət elan eləmək lazım idi. Lvov da Ukrayna adlanacaq bu ölkənin paytaxtı olmalı idi. İndiki Ukraynanın qalan bütün əraziləri - Donbas, Odessa, Krım isə Rusiyaya verilməli idi. Bu halda indiki problemlər olmayacaqdı”.
1564 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...