Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2014

Pərviz Həşimlinin MTN-də səhhəti pisləşib

Jurnalist ürəyindən və gözündən müalicə alır

Dünən Bakı Apelyasiya Məhkəməsində jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin ev dustaqlığına buraxılmasına dair şikayətə baxılıb. Məhkəmə iddianı təmin etməyib. Jurnalistin vəkili Elçin Sadıqov “Azadlıq”a bildirib ki, Pərviz Həşimlinin MTN-də səhhəti pisləşib. O, gözündən və ürəyindən müalicə alır.
Vəkil əlavə edib ki, jurnalistin işi üzrə heç bir istintaq hərəkəti aparılmır. Müdafiəçi həmçinin Pərviz Həşimlinin qanunsuz həbsi, onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin girov və ya ev dustaqlığı ilə əvəz olunmaması kimi məsələlərlə bağlı Avropa Məhkəməsinə şikayət hazırladığını bildirib.
Xatırladaq ki, qaçaqmalçılıq və qanunsuz silah saxlamaqda ittiham olunan Pərviz Həşimli “Bizim Yol” qəzetinin parlament müxbiri, “moderator.az” saytının təsisçisi olub. Beynəlxalq təşkilatlar isə bu ittihamların saxta olduğunu ehtimal edərək, Pərviz Həşimlini “vicdan məhbusu” elan edib.
1628 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı