Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2013

Geri addım atmaq fikrim yoxdur - Mursi

"Prezident ömrünün sonunadәk müqavimət göstərəcək, haqq-hüquqdan imtina etməyəcәk”

Milli.Az TRT-yə istinadən bildirir ki, Misirdə hәrbi çevriliş ilә vəzifədən kәnarlaşdırılan ölkənin seçilmiş ilk prezidenti Məhəmməd Mursinin oğlu Usamə Mursi "Prezident ömrünün sonuna dәk müqavimət göstərəcək, haqq-hüquqdan imtina etməyəcәk” deyib.

Usamə Mursinin imzasıyla ailə adından yayımlanan bayram mesajında Mursinin ölkədəki hərbi çevriliş әsnasında zülmә mәruz qalan, haq-hüququ tapdalanan, bu prosesdә yaxınlarını itirәnlәri salamladığı bildirilib. Tәzyiqlәrә qarşı müqavimәtә davam edәcәyi qeyd edilib. Mursi bu qədər şəhid, yaralı, məhbus və insan tәlәfatından sonra geri addım atmayacağını bildirib.
1694 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...