Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2014

“Müsəlman Qardaşlar”ın 237 üzvü həbs edilib

Misirdə cümə günü baş verən qarşıdurmalar və terror aktlarının qurbanları 20 nəfərə çatıb.

SalamNews-un əl-Cəzirəyə istinadla verdiyi xəbərə görə, Misirin Daxili İşlər Nazirliyi dünənki aksiyalarda iştirak edən 237 vətəndaşı həbs edib. Misir polisi aksiyaçıları iğtişaşlarda və icazəsiz mitinqlərin keçirilməsində günahlandırıb.

Ölkənin Daxili İşlər Nazirliyi dünən cümə günü törədilən teror aktlarında təqsirli bilinən bir neçə şəxsi ələ keçirib. Dünən Qahirənin müxtəlif bölgələrində 3 teror aktı zamanı 12 nəfər ölüb, 75 nəfər yaralanıb.

Misirdə bu gün 25 Yanvar inqilabının 3-cü ildönümüdür və kütləvi aksiyaların keçiriləcəyi ehtimal olunur.
1620 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 08:16