Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2014

Bakıda sökülməkdə olan bina uçub, iki nəfərin cəsədi çıxarılıb

Bu gün saat 16 radələrində Bakının Nərimanov rayonunda Heydər Əliyev prospektində sökülməkdə olan bina uçub.

Hadisə nəticəsində ölən və yaralananlar var.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri və texnikası cəlb edilib.

İlkin məlumata görə, xilasedicilər dağıntılar altından iki cəsədi çıxarıblar.

Əməkdaşımızın bildirdiyinə görə, bina yola tərəf uçduğu üçün yol kənarında dayanan maşınlar dağıntılar altında qalıb. Həmin maşınlarda adam olub-olmadığı hələlik dəqiqləşdirilməyib.

2014-01-25 16:37
Bu saatlarda Bakıda ciddi qəza baş verib. Musavat.com-un məlumatına görə. Heydər Əliyev prospektində, metronun "Nəriman Nərimanov" stansiyasına yaxın ərazidə, Heydər Əliyev prospektində sökülən bina uçub. Əslində bina həyətə doğru uçurulmalıymış. Ancaq yola doğru uçub. İlkin məlumatlara görə, uçqunun altında yolda hərəkət edən avtomobillər qalıb, ölənlərin olduğu deyilir. Uçqunun altında qalanlar var. Bu barədə FHN-nin xilasediciləri xəbər veriblər.

Yol bağlanıb./musavat/
1666 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 00:45