Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2014

Salyanda aksiya

Bu gün Q.Əsgərov adına Salyan musiqi məktəbinin 80- nəfərə yaxın müəllimi Salyan RİH-in binasına doğru yürüş edib. Belə ki dünən musiqi məktəbinin direktoru Paşa Nağıyev Salyan RİH-ə çağrılaraq qarşısına qeyri-qanuni tələblər qoyulub. Məktəb direktoru isə bu tələbləri yerinə yetirməkdən imtina etdiyi üçün işdən çıxması barədə ərizəsi alınıb. Bu barədə qəzetimizə məlumatı Demokratiyaya Yardım İctimai Birliyin sədri Emil Məmmədov verib. Baş verənlərə etiraz edən Salyan musiqi məktəbinin kollektivi bu gün səhər saatlarında məktəbin pedoqoji şurasını çağırıblar.Bu şuraya Salyan RİH-in aidiyyatı rəhbərlərini dəvət etsələr də qarşı tərəf bu təklifdən kobudluqla imtina edib.Bundan narazı qalan məktəbin müəllimləri Salyan RİH-in binasına yürüş ediblər.İcra hakimiyyətində etirazçıların nümayəndələrini Salyan RİH-in brinci müavini E.Hüseynov və humanitar məsələlər üzrə müavin R.Cəbrayılov qəbul edərək rayon rəhbərliyinin məktəb direktoru ilə işləmək istəmədiyini bildiriblər.Amma qərara alınıb ki, yanvarın 28-də Salyan rayon musiqi məktəbində kollektivlə rayon rəhbərliyinin görüşü keçirilsin.
1079 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP