Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2014

Ermənistan Azərbaycanı raket zərbələri ilə hədələdi

Seyran Ohanyan Bakını vurmaq gücündə olan silahlara malik olduqlarını deyib, Azərbaycanın İrəvanı vurması üçün isə 2 dəqiqə kifayət edir.
Son günlər Azərbaycanla Ermənistan sərhəddində və Qarabağ cəbhəsində vəziyyət xeyli ağırlaşıb. Xüsusən Füzuli, Tərtər və Tovuz cəbhələrində vəziyyətin daha kritik olduğu deyilir. Hətta dünən Azərbaycan tərəfi havaya hərbi təyyarələrini qaldıraraq, düşmənə güc nümayişi edib.
Jam.az saytının yazdığına görə, Ermənistan tərəfi Azərbaycan qırıcılarının Xankəndi üzərində manevr etməsindən sonra bərk təşviş keçirərək, buna adekvat cavab vermək istəyiblər. Lakin Havadan Müdafiə Qüvvələri qırıcılarımızı hədəfə almaq imkanı belə əldə edə bilməyiblər. Bunun ardından isə Ermənistanın müdafiə naziri Seyran Ohanyan mətbuat konfransı keçirərək, ölkənin hərbi «qüdrət»indən danışıb. Ohanyan deyib ki, İrəvan bu il uzaq hədəfləri dəqiq vuran raketlər alaraq, bununla ordularını gücləndirəcəklər. Onun Rusiya istehsalı olan «İsgəndər-M» raketləri olub olmadığı barədə verilən suala isə nazir cavab verməyib.
Seyran Ohanyan daha sonra Azərbaycanı hədələməkdən də çəkinməyib. O deyib ki, Ermənistanın Bakını vura biləcək raketləri var və əgər müharibə başlayarsa, bu imkandan yararlana bilərlər. Üstəlik, o iddia edib ki, Havadan Müdafiə Qüvvələri də yaxşı təşkil olunublar və onlar istənilən hədəfi vurmaq qabiliyyətindədirlər. Ohanyan həmçinin bu şərtlərin Qarabağ üçün də keçərli olduğunu deyib.
Qeyd edək ki, Ermənistanın Bakını vura biləcək raketlərə sahib olması istisna edilmir. Bunu hərbi mənbələr də təsdiqləyirlər. Amma İrəvan hökumətinin belə bir cəhdə baş vurması imkansızdır. Hətta mümkün olsa belə, bu Ermənistanın çətin duruma düşməsi ilə nəticələnəcək. Çunki İrəvandan Bakını vurmaq üçün raketin ən azı 700-800 km-lik bir məsafəni qət eləməsi lazımdır. Amma Azərbaycanın İrəvanı vurması üçün cəmi 70 km-lik məsafə ayırır. Bu isə o deməkdir ki, Bakını vurmaq ən azı 15-20 dəqiqə vaxt aparacağı halda, İrəvanı vurmaq üçün 1-2 dəqiqə kifayət edəcək.
1784 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber