Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2014

ABŞ eksperti: “Zakir Həsənov hərbçi deyil”

Bu açıqlama ilə «Caucasian Review of International Affairs»ın redaktoru, Qafqaz üzrə ekspert Alek Cekson çıxış edib. O, son günlər cəbhənin təmas xəttində vəziyyətin pisləşməsinin hər iki ölkənin nazirlərinin görüşü ilə əlaqələndirib.
“Ermənistan ola bilsin ki, sülh danışıqlarını dayandırıb prosesi tərk etmək istəyir. Azərbaycan isə əksinə, bununla münaqişəyə daha çox diqqət ayırmaq niyyətindədir”. Ekspert başqa bir səbəbi Azərbaycanın hərbi rəhbərliyində olan dəyişikliklə əlaqələndirib. “İkinci bir ssenari isə yeni Müdafiə naziri ilə əlaqədardır. Zakir Həsənov hərbçi deyil. O, sadəcə, daxili işlər orqanlarının aparat rəhbəri olub. Bundan sonra isə o özünün professionallığını sübut etmək istəyir”.
Qeyd edək ki, general-polkovnik Zakir Həsənov 1985-ci ildə Almaniyada Sovet qoşunları sıralarında xidmət edib. Daha sonra o, 1985-1993-cü illərdə SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında, 1993-2003-cü illərdə isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş idarəsində çalışıb. Müdafiə Naziri olana qədər isə o, Daxili Qoşunların komandanı vəzifəsini yerinə yetirib. 22 oktyabr 2013-cü ildən Prezidentin sərəncamı ilə Müdafiə naziridir. Xatırladaq ki, Zakir Həsənov Müdafiə naziri təyin olunarkən erməni saytları “Azərbaycan müharibəyə hazırlaşır” manşeti ilə “qərargah işçisi” əvəzinə səhra komandirinin və peşəkar zabitin nazir təyin edilməsindən narahatlıqlarını bildirirdilər.
Amma cəbhədəki son hadisələrdən və Azərbaycan Ordusunun erməni diversantlarına qarşı uğurlu cavab zərbəsindən sonra erməni saytları erməni rəsmilərinə istinadla Azərbaycanın Müdafiə Nazirliyindəki son dəyişikliklərə qarşı kampaniya aparmağa, “qeyri-peşəkarlıq”dan yazmağa başlayıblar.
1646 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi