Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2014

112 yaşı var, iynə saplayır...

Oğlunun 80, özünün isə 112 yaşı var. Rahat hərəkət edir, odun gətirir, xəngəl bişirir, hətta iynə də saplayır. Ömrünün 2-ci yüz illiyinə qədəm qoyan Güləbatın Şayirova Ağstafa rayonunun Gürcüstanla sərhəd olan Sadıqlı kəndində yaşayır. Bu günə qədər səhhətindən şikayəti olmayan bu nənə uzunömürlülüyün sirrini fiziki əməklə məşğul olmaqda görür. Niqor Şayirov uzunömürlü xanımın 2 övladından biridir, adına gəldikdə isə onun səbəbi varmış... Gülabatın Şayirovanın dünyaya gətirdiyi 6 övladı hamısı dünyasını dəyişibmiş. Məcbur qalan ailə oğlan övladının adını xarici ad olan Niqor qoyub. Bundan sonra Şayirovlar ailəsindən də körpə səsi eşidilib. Nəvəsi Ətirə Şayirova 112 il yaşayan nənəsinin sağlam, gümrah olmasını babasının, həm də övladlarının onu yaxşı saxlamasında görür. Hazırda da iş bacarığı olan nənəsinin güclü yaddaşının olduğunu söyləyir. 2 övladı, 12 nəvəsi, 28 nəticəsi,14 kötükcəsi olan nənənin, yəqin ki, bundan sonra yaşamaq həvəsi daha da artacaq. Çünki bu yaşda qəzet oxuyub, iynə saplamaq hər kəsin işi deyil.

Allah can sağlığı versin.

1652 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı