Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2014

Bakıda təhlükə: Özünüzü qoruyun!

Paytaxtda qəribə bir fakt aşkarlanıb.

QİÇS virusunun daşıyıcıları ehtimal olunan narkomanlar şəxslər əllərindəki şprisi insanlara batırırlar. Ehtimal olunur ki, bu insanlar virusu başqalarına ötürmək istəyirlər. Bu barədə sosial şəbəkədə artıq bir neçə insan hadisə ilə üzləşdiyini qeyd edib və hər kəsi bu cür şəxslərdən qorunmağa çağırır.

Ötən gün sərnişindaşıma marşrutunda naməlum şəxs qızın qoluna əlində olan şiprisi batırıb, ötən həftə isə "28 mall" ticarət mərkəzinin kino zalında həmin hadisə təkrarlanıb.

Bu hadisə ilə əlaqədar olaraq Nəsimi Rayon Polis idarəsi ilə əlaqə saxlayıb faktla bağlı məlumat topladıq. İdarədən bildirdilər ki, hər-hansı bir şəxs belə şikayət ilə polis bölməsinə müraciət edərsə, zərər yetirən insan saxlanılacaq və həkimlər tərəfindən yoxlanılacaq. Əgər QİÇS daşıyıcısıdırsa və qəsdən bir başqa şəxsə ötürmək istəyirsə, cinayət törədən insan kimi qiymətləndiriləcək. Məhkəmə qərarı ilə bir neçə il müddətində həbs oluna bilər. Amma əgər virus daşıyıcısı deyilsə, onun bu hərəkəti xuliqanlıq kimi qələmə veriləcək və lazımı tədbirlər görüləcək./ans/
1548 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber