Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2014

Kofi Annan: "İran Cenevrədə olmalıydı"

BMT-nin keçmiş baş katibi Kofi Annan Yaxın Şərqdə sülhün əldə edilməsində İranın da mühüm rol oynaya biləcəyini bildirib. "Deyerler.org"un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edən Annan deyib: "İran bölgədə sabitliyin əldə olunmasında müstəsna rola malikdir. İran "Cenevrə-2" danışıqlarında da mühüm rol oynaya bilərdi. Danışıqlar ABŞ və Qərb ölkələrinin təşkilatçılığı ilə həyata keçdi. Amma İran da danışlarda aktiv iştirak etməli və üzərinə düşəni etməliydi"

Qeyd edək ki, BMT-nin hazırki baş katibi Ban Ki-mun "Cenevrə-2" danışıqlarında iştirak etmək üçün İrana göndərilməli olan dəvəti son anda ləğv etmişdi.
1615 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber