Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2014

Sabahkı Suriya belə olacaq - Fotolar (18+)

Azan vaxtlarında ticarət obyektlərinin bağlanılması və bu zaman insanların yalnız məscidlərdə görünmələri əmr edilir

Radikal sələfi fikirli “İraq və Şamda İslam Dövləti” (DAİŞ) qruplaşması artıq iki gündür ki, şəriət hesab etdiyi qanunların tətbiqinə başlayıb.

İnterAz-ın “əl-Hədəs” agentliyinə istinadla verdiyi xəbərə görə, radikal sələfilər hazırda şəriət qanunlarının tətbiqini Suriyanın ər-Riqqə və İraqın əl-Fəllucə şəhərlərində icrasına başlayıblar.

ər-Riqqə valisinin 20 yanvar tarixində verdiyi bəyanatında qeyd edilib ki, bundan sonra bu vilayətdə siqaret çəkmək, musiqiyə qulaq asmaq, müsiqi alətlərini satmaq, qızların məktəbə getməsi, Quran və sünnətdən qeyrisinin tədris edilməsi, cinayət hesab edilir və şəriət qanunlarına əsasən cəzalandırılır. Burada qadınların küçəyə çıxarkən məhrəmləri ilə birgə çıxamsı və həmçinin üzlərini və əllərini bağlamaq da əmr edilib.

İraqın əl-Fəllucə şəhərində isə sadalanan bu qanunlardan əlavə azan vaxtlarında ticarət obyektlərinin bağlanılması və bu zaman insanların yalnız məscidlərdə görünmələri əmr edilir. Şəhərdəki gözəllik salonlarının işinə də qadağa qoyulub.

Suriyada radikal sələfi fikirli qruplaşmalar hazırki müxalifət zümrəsinin böyük əksəriyyətini təşkil edir desək, yanılmarıq. Bu radikalların nəsirilər, xristianlar, rafizilər, ələvilər, səfəvilər hesab etdikləri Suriya xalqı isə onların hədəfində olan əsas məqsəddir.

Müşahidələr göstərir ki, Suriyada qarşıdurmalar başlayan andan müxalifətin döyüş meydanlarında əldə etdiyi hərbi nailiyyətlərin böyük əksəriyyəti radikal sələfi fikirli “DAİŞ” və “Nusra Cəbhəsi”-i vasitəsilə həyata keçib və hərbi əməliyyatlarda dünyəvi qüvvələrin rolu demək olar ki, yox dərəcəsində olub. Bütün bunlar Suriyanın sabah qarşılaşacağı acınacaqlı və fəlakətli vəziyyətindən xəbər verir.



4207 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:47