Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Yanvar 2014

Sual.nur-az.com-da həftənin sualı

Ümumi

 Salam. Zəhmət olmasa mənim bu sualımı cavablandırın: Əgər bir şəxs mənasını anlamadan Quran oxuyursa və ya oxuduğunun mənasına diqqətsizsə, belə Quran oxumağın ona təsiri ola bilərmi?


Allahın adı ilə.
Əleykumus-salam.
Qurani-kərimdə buyurulur: "Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik."
Bir misalla mövzunu daha artıq aydınlaşdıraq: Bir şəxs dərman qəbul edərkən qəbul etdiyinin nə olduğunu bilməsə də dərman ona öz təsirini göstərir. Necə ola bilər ki, Quran təsirsiz qalsın?! Əslində Quranın təsiri daha böyükdür.
Lakin yaxşı olar ki, insan Quran oxuyanda onun mənasına diqqət yetirsin. Əgər mənasını anlamasa, Quranın ilahi vəhy olduğuna diqqət etsin və bu qiraəti Allahın onunla danışığı kimi qiymətləndirsin.
Ariflər deyir ki, namaz qılan şəxs Allahla danışır, amma Quran oxuyan şəxslə Allah danışır.
Allah sizə yar olsun.

1678 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber