Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Yanvar 2014

Kliçko: "Prezident seçkiləri bu il keçirilməlidir, danışıqlar hələ davam edir"

Ukrayna prezidenti Viktor Yanukoviç müxalifətin təkliflərinin çoxu ilə razılaşıb, lakin vaxtından əvvəl prezident seçkilərinin bu il keçirilməsi əsas tələb olaraq qalmaqdadır.

Apa-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə Müstəqillik meydanında çıxışı zamanı “UDAR” partiyasının lideri Vitali Kliçko deyib.

Onun sözlərinə görə, prezident saxlanılan etirazçıların azadlığa buraxılmasına və yanvarın 16-da Ali Rada tərəfindən qəbul olunmuş qanunlara dəyişikliklər olunmasına razılıq verib.

“Bu günün nəticəsi nədən ibarətdir. Yanukoviç artıq nəyə hazırdır? Saxlanılan etirazçıların azadlığa buraxılmasına. 2004-cü il Konstitusiyasının qaytarılması üçün işə başlamaq. Müəyyən şərtlərlə hökuməti istefaya göndərmək... Hələlik diktator qanunlarının ləğv olunması tələbi ilə razılaşmır, onlara sadəcə dəyişikliklərin edilməsini təklif edir. Bizim tələbimiz - bu qanunlar ləğv olunmalıdır. Bizim tələbimiz - prezident seçkiləri bu il keçirilməlidir. Danışıqlar davam edir və biz dözümlü olmalıyıq. Və biz heç bir təxribata uymuruq”, deyə Kliçko qeyd edib.
1825 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP