Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2013

ABŞ-da Azərbaycan müzakirəsi: "Seçki saxta olub"

"2013-cü il prezident seçkiləri Azərbaycanda son 20 ildə keçirilən seçkilərə oxşar olub," deyə Karnegi Beynəlxalq Sülh Fondunda keçirilən “Azərbaycanın gələcəyinə baxiş” adlı konfransda Tom de Val bildirib. O, seçkinin demokratik standartlara cavab vermədiyini və ciddi problemlərlə müşayiət olunduğunu bildirib.

Cənab de Val ABŞ Dövlət Departamentinin bəyanatından əsas başlıqları iştirakçılarla bölüşüb. O, İlham Əliyevin seçkini udacağının gözlənildiyini deyib və bunu müəyyən mənada son beş ildə əldə olunan iqtisadi nailiyyətlərlə əsaslandırıb. Gələcək beş ili proqnozlaşdıran Tom de Val ilk öncə neft gəlirlərin azalacağını və ölkənin qaz ixracatçısına çevriləcəyini deyib. Ekspert əlavə edib ki, Azərbaycanın Birləşmiş Ştatlar üçün strateji əhəmiyyəti ötən beş illə müqayisədə azalacaq. Belə ki, ABŞ həmin dövrdə qüvvələrini Əfqanistandan çıxarmış olacaq və Azərbaycan qaz ixracatçısı kimi daha çox Avropa üçün prioritet ölkəyə çevriləcək.

Tom de Val cəmiyyətdə artan korrupsiya probleminə və siyasi sistemin demokratik olmamasından meydana çıxan narazılığa prezidentin reaksiyasının necə olacağından çox şeyin asılı olacağını vurğulayıb.

Mühazirəçilərdən Brenda Şeffer ABŞ Dövlət Departamentnin bəyanatına fərqli yanaşma sərgiləyib. Onun fikrincə bu bəyanat göstərir ki, Azərbaycan ABŞ üçün əhəmiyyətli ölkədir və Vaşinqton orada baş verənlərə biganə qalmır.

Enerji və milli təhlükəsizlik üzrə ekspet Edvard Çou Azərbaycanın gələcək beş ildə iqtisadi vəziyyətini təhlil edib. O, Azərbaycanın neft ixracatçısından qaz ixracatsına çevriləcəyini ancaq qaz gəlirlərinin ölkəyə daxil olmasının vaxt aparacağını deyib.

Konfransın intensiv məqamı ABŞ-ın Azərbaycanda səfiri olmuş Riçard Kazlariçin çıxışı ilə müşayiət olunub. Sabiq səfir 9 oktyabr seçkilərini "ən pis" və "saxta" adlandırıb. Cənab Kazlariç müxalifət üzvlərinin həbs edilməsi, jurnalistlərin həbsi, onların yataq otaqlarına videokamera yerləşdirilməsi, mətbuatda sabiq ABŞ səfirlərinə yönəlik yalanların narahatlıq doğurduğunu bildirib.

O, Azərbaycanın Birləşmiş Ştatların dəyər verdiyi demokratik normalara yaxınlaşmaq əvəzinə, onlardan getdikcə uzaqlaşdığını deyib. O, son seçkilərdən demokratiya naminə heç bir addımın atılmadığını, 1995 ci ildən bu yana seçkilərdə olan saxtakarlığın indi də davam etdiyini, bu seçikələrdən sonra ölkədə siyasi gərginliyin artdığını, demokratiyann azaldığını, Azərbaycan xalqının cana doyduğunu bəyan edib. O, bu şərtlər altında iki ölkə arasında tərafdaşlığın hansı səviyyədə olmasına nəzər salmağın vaxtı gəldiyini deyib ("Amerikanın səsi").
1904 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:26