Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Yanvar 2014

Ukraynada sabiq müdafiə naziri xalqı silaha sarılmağa səslədi

Anatoli Qriçenko: "Kimin qanuni silahı varsa, ölkənin bu çətin günündə ilk növbədə qabaqda getməlidir"
Ukraynanın eks müdafiə naziri Anatoli Qriçenko Maydanda çıxış edərək Kiyevin küçələrini qorumaq üçün xalqı silaha sarılmağa səslədi.

Ams-in “Komsomolskaya pravda” qəzetinə istinadən verdiyi məlumata görə, eks nazir bildirib ki, kimin qanuni silahı varsa, ilk növbədə ölkənin bu çətin günündə qabaqda getməlidir.
“Silahı isə yalnız sizə atəş açılan zaman işlətmək lazımdır. Mən bu addımı bir siyasətçi kimi birinci atacam, çünki hal-hazırda mənim üstümdə qanuni silahım var. Mən təhsilli və ağıllı insanam. İnsan hüquqlarından başlaayaraq bütün qanunları oxumağı bacarıram, harda insana hansı hüquq verilməlidir, onu yaxşı bilirəm. Kimsə mənə atış açsa, özümü qorumaq üçün onu öldürməyə hazıram. Bütün bunlar qanunda yazılıb”, - deyə Anatoli Qriçenko bildirib.

“Ukrainskaya pravda” qəzetinin yazdığına görə, hazırda təkcə Kiyevdə deyil, ölkənin qərb bölgəsində də qarşıdurmalar davam edir. Ölən və yaralananlar haqda məlumatlar da verilir. Artıq İvano-Frankovsk, Jitomir, Xmelnitski, Lvov, Ternopol, Çerkassı demək olar ki, müxalifətçilərin əlindədir. Onlarin əsas tələbi yerli icraedici orqanların istefaya getməsidir.
1686 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı