Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Yanvar 2014

İğtişaşçılar Kiyev küçələrini boşaldacaq

Kiyevin meydan və küçələri tədricən etirazçılardan və asayiş keşikçilərindən boşaldılacaq.
Ukraynada hakimiyyət və müxalifət danışıqlar zamanı etirazçıların və polisin Kiyevin mərkəzi küçələrini boşaltmasına dair razılığa gəlib. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidenti Administrasiyasının rəhbərinin birinci müavini Andrey Portnov bildirib.
“Tərəflər arasında əldə olunan razılığa əsasən, Kiyevin meydan və küçələri tədricən etirazçılardan və asayiş keşikçilərindən boşaldılacaq”, deyə Andrey Portnov bildirib.
Ukrayna prezidenti Viktor Yanukoviç müxalifət liderləri ilə keçirdiyi görüşdə həmçinin iğtişaşlar zamanı saxlanılan bütün etirazçıların azadlığa buraxılmasını nəzərdə tutan amnistiya haqqında qanunun qəbuluna razılıq verib. Bunun müqabilində o etirazçıların ələ keçirdikləri bütün binaların boşaldılmasını xahiş edib.
1407 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber