Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Yanvar 2014

İraqda növbəti teraktlar: 24 ölü

İraqda baş verən terakt nəticəsində 24 nəfər dünyasını dəyişib.

Ans Rusiya mətbuatına istinadən xəbər verir ki, bu informasiyanı Reuters agentliyi yayıb. İlk ölüm hadisəsi İraqın Tuz-Xurmatu yaşayış məskənində baş verib. 2 avtomobilin partlaması nəticəsində 7 nəfər ölüb, 19 nəfər yaralanıb. Tikrit şəhərininin şimalında polis maşının partlaması 2 nəfərin ölümü, 3 nəfərin isə yaralanması ilə nəticələnib. Baakuba şəhərinə atılan minaatanlardan sonra 6 dinc sakin həlak olub, 3 nəfər xəsarət alıb. Anbar əyalətinin Əl-Falluca şəhərində baş verən partlayışda isə 8 nəfər ölüb, 10 nəfər yaralanıb.
1644 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber