Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Yanvar 2014

Yanukoviç müxalifətə vəzifə təklif etdi - baş nazir kim olacaq?

Ukrayna prezidenti Viktor Yanukoviç "Batkivşina” müxalifət fraksiyasının lideri Arseniy Yatsenyuka baş nazir vəzifəsini təklif edib.

"RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə ölkənin ədliyyə naziri Yelena Lukaş prezident Viktor Yanukoviçin müxalifət liderləri ilə görüşünü şərh edərkən bəyan edib.

"Ukrayna prezidenti Arseniy Petroviç Yatsenyuka baş nazir vəzifəsini təklif edib. O baş nazir vəzifəsinə razılıq verəcəyi təqdirdə prezident hökumətin istefasına dair qərar verəcək”, deyə Yelena Lukaş bildirib.
Ukrayna prezidenti Viktor Yanukoviç "UDAR” partiyasının lideri Vitali Kliçkoya da baş nazirin humanitar məsələlər üzrə müavini vəzifəsini təklif edib.

Bunu ölkənin ədliyyə naziri Yelena Lukaş bildirib.

"Ukrayna prezidenti Vitali Kliçkoya baş nazirin humanitar məsələlər üzrə müavini vəzifəsini təklif edib. Ukrayna prezidenti əmindir ki, müxalifətlə birgə aparılacaq iş dövlətin birləşməsinə, ölkə və cəmiyyət üçün lazımi islahatların aparılmasına kömək edəcək”, deyə Yelena Lukaş bildirib.

Qeyd edək ki, Viktor Yanukoviç "Batkivşina” müxalifət fraksiyasının lideri Arseniy Yatsenyuka baş nazir vəzifəsini təklif edib.
1658 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı