Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Yanvar 2014

Futbol üzrə "Dünya Çempionatı 2014"ə etiraz edənlər saxlanıldı

Dünya Çempionatına xərclənən vəsaitin çoxluğu braziliyalıların etirazına səbəb olub

İdman Braziliyanın San Paulu şəhərindəbu il keçiriləcək futbol üzrə Dünya Çempionatına xərclərin çoxluğuna etiraz edənlərin 100-dən çoxu polis tərəfindən saxlanılıb. Ans-in Associated Press-ə istinadən verdiyi məlumata görə, ötən gecə şəhər küçələrinə minlərlə etirazçı çıxıb və polislə toqquşmalar baş verib. İğtişaş törədənlər San Paulu otellərindən birində gizlənməyə çalışsalar da, saxlanıblar.

"Qara blok" kimi tanınan qruplaşmanın üzvləri isə polis maşınlarını çevirib, maşınlara və iş yerlərinə ziyan vurublar. Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Aksiya sosial media vasitəsilə "Dünya Çempionatını Dayandır Əməliyyatı" adlandırılan kampaniyanın təşkilatçıları tərəfindən təşkil edilib. Təşkilatçılar bu aksiyanın yayda futbol üzrə Dünya Çempionatına qədər keçiriləcək aksiyaların başlanğıcı adlandırıb.

Ötən il də Braziliyanın müxtəlif şəhərlərində milyonlarla insan küçələrə çıxaraq, çempionata çox vəsait xərclənməsinə qarşı etiraz aksiyaları keçirmişdi.
1579 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP