Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Yanvar 2014

Cəbhədə müharibə şəraiti

Erməni silahlı bölmələri dünən və bu gecə Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutaraq atəşkəs rejimini 150 dəfə

Hərb Cəbhədə vəziyyət gərgin olaraq qalır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ans-ə verilən məlumata görə, atəşkəs rejimi cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində ümumilikdə 150 dəfə pozulub.

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın İcevan rayonunun Paravakar, Berkaber kəndləri və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Mosesqex, Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Əlibəyli kəndlərində, Noyemberyan rayonunun Berdavan, Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli və Qaymaqlı kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəvahirli, Baş Qərvənd, Tərtər rayonunun Göyarx, Çiləbürt, Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
1741 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı