Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Yanvar 2014

"Coca-Cola" şirkətinin məxfi məlumatları oğurlandı

"Coca-Cola" şirkətinin içində 74 min əməkdaşının və şirkətə aid gizli məlumatların olduğu noutbuk oğurlanıb.

Türkiyənin haberler.com saytının verdiyi məlumata görə, ABŞ-ın nəhəng sərinləşdirici içki şirkəti olan "Coca-Cola" sirli bir oğurluq hadisəsi ilə sarsılıb. Muhtar Kentin rəhbərlik etdiyi şirkətin cümə günü əməkdaşlarına göndərdiyi məlumatda Atlandadakı mərkəzlərindən bir neçə noutbuk kompüterinin oğurlandığı bildirilib. Şirkət artıq oğurluq hadisəsi ilə bağlı polisə müraciət edib.

Şirkət bu kompüterlərdə işçilərinin adlarının, ünvanlarının və ictimai təhlükəsizlik nömrələrinin yanında maaş və digər məlumatlarının da olduğunu qeyd edib.

Noutboklarda şirkətə aid gizli dosyelərin olub-olmadığı maraq dairəsindədir.

"Coca-Cola" şirkətinin sözçüsü Ann Mode kompüterlərin keçmiş bir işçi tərəfindən oğurlandığını söyləyib. Şirkət oğurlanan şəxsi məlumatların istifadə edildiyinə dair bir işarə olmadığını bildirib və yenə də ABŞ və Kanadadakı əməkdaşlarına təsir edən hadisə ilə əlaqədar üzr istəyib.

Xatırladaq ki, "Coca-Cola"da ən son 2006-cı ildə bir idarəçi assistent gizli sənədlər və yeni bir içki nümunəsini oğurlayaraq rəqibi "Pepsi" şirkətinə satmağa çalışmışdı. "Pepsi" şirkəti "Coca-Cola"ya bu təklif haqda xəbər verdikdən sonra bu üç adam Federal Təhqiqatlar Bürosu tərəfindən gizli bir əməliyyatla tutularaq həbs olunmuşdu./ans/
1656 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 13:34