Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Yanvar 2014

MHP-nin seçki qərargahına silahlı basqın

MHP-nin seçki qərargahına silahlı basqın: 1 ölü, 5 yaralı
İstanbulun Esenyurt rayonunda MHP-nin seçki qərargahına silahlı basqın olub. Basqın nəticəsində bir nəgər həyatını itirib, beş nəfər yaralanıb.
Seçki qərargahının açılışı zamanı dəyənək, daş, bıçaq və odlu silahla silahlanmış bir dəstə adam MHP-cilərə hücum edib. Toqquşma zamanı odlu silahdan atəş açılıb. MHP-nin mətbuat müşaviri Cengiz Akyıldız aldığı güllə yarasından xəstəxanaya aparılarkən dünyasını dəyişib.
Daha bir nəfər güllə yarası alıb. Dörd nəfər isə bıçaq və daş zərbəsindən yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.
MHP-nin İstanbuldan olan deputatı Cəlal Aydın xəstəxana qarşısına toplaşan partiya yoldaşlarını təmkinli olmağa səsləyib. O, hökumətin bu hadisəni törədənləri tezliklə tapmalı olduğunu bildirib.
1485 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 1