Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2013

Bu həftə həcc mövsümü başlayır

Oktyabrın 3-də ilk azərbaycanlı zəvvar qrupu Ərəbistana yola düşəcək

Gələn həftədən müqəddəs Həcc ziyarəti mövsümü başlayır. Artıq bir sıra ölkələrdən insanlar İslam dininin vacib ibadətlərindən olan Həcc əməllərini yerinə yetirmək üçün Ərəbistana yola düşüb. Azərbaycandan həcc səfərləri oktyabrın 3-dən başlayacaq. Təxminən 6 gün ərzində - oktyabrın 3-dən 8-dək azərbaycanlı zəvvarlar Bakı aeroportundan təyyarə ilə Ciddəyə uçacaqlar. Oktyabrın 3-də bir reys, qalan günlər isə hər gün 3 reys həyata keçiriləcək.

Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, bu il zəvvarlarımızı Ərəbistana Fransa aviaşirkəti aparacaq. Zəvvarlar 80 qrupa bölünüb, hər qrupda 45-55 nəfər olacaq. Hər qrupa isə bir nəfər qrup rəhbəri başçılıq edəcək.

Qeyd edək ki, bu il Azərbaycandan 3600 zəvvar Həcc ziyarətinə gedəcək. Yeri gəlmişkən, ötən ildən başlayaraq ərəb ölkələrində yayılan yoluxucu xəstəlik səbəbindən bu il Azərbaycandan gedən zəvvarlara virusa yoluxmaması üçün peyvəndlər vurulub və müəyyən maarifləndirici tədbirlər görülüb.

Bu il həcc qiymətləri ötən illə müqayisədə 160 - 240 manat həcmində bahalaşıb. 2012-ci ildə həcc qiymətləri 3090 manat sadə qiymət və 3850 manatlıq VİP həcc ziyarəti təklif olunurdusa, bu il zəvvarlar 3250 manat, VİP həcc qiymətləri isə 4100 manat təşkil edir.

Qiymətlərdəki fərqlər zəvvarların daha yaxşı otellərdə və hər nömrədə 4 nəfərin qalmasını nəzərdə tutur. Ancaq sadə paketdə zəvvarlar nisbətən aşağı keyfiyyətli otellərdə bir nömrədə 8 nəfər qala bilirlər. Bundan başqa, qiymətlərə görə, xidmət də dəyişir.

Həcc ziyarəti zamanı İslam dininin ən böyük bayramı hesab olunan Qurban bayramı qeyd olunacaq. Bu il Qurban bayramı oktyabrın 15 və 16-da qeyd olunacaq. Qurban bayramı Həcc mərasiminin əsas əməllərindən hesab olunur. Ziyarətdə olanlar üçün bu əməli yerinə yetirmək vacibdir. Ancaq eyni zamanda ziyarətdə olmayan müsəlmanlar hansı ölkədə yaşamaqlarından asılı olmayaraq bu bayramı qeyd edir. İmkanı olan müsəlmanlar qurban kəsmək və imkansız ailələrə yardım etməklə Qurban bayramının əməllərini yerinə yetirir.
1039 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı