Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2013

Amerikalı yazıçı Misir həbsxanasında intihar edib

Misirin İsmailiyə şəhərinin polis məntəqəsinin təcridxanasında ABŞ vətəndaşı Ceyms Lunn intihar edib, - “Lenta”.

Məlumata görə, 55 yaşlı amerikalının meyidi ona həbsxana işçiləri səhər yeməyi gətirən zaman aşkarlanıb. Polis ölümün səbəblərini araşdırmağa başlayıb.

Lunn avqustun 27-də Sinay yarımadasında həbs eilib. Onun həbsinin səbəbi açıqlanmır. Bəzi məlumatlara görə, polis məntəqəsi yaxınlığında törədilmiş terror aktı ilə əlaqədar saxlanılıb. Lakin, ona qarşı belə bir rəsmi ittiham irəli sürülməyib. Bundan başqa, onun Qəzzaya keçməyə cəhd etdiyi də bildirilir.

Məlumdur ki, Lunn Misirə Bəhreyndən gəlib. Lunn özü tarixçi yazar olub. Onun İnternetdə bir sıra tarixi kitabları yerləşdirilib. Bunların biri də Misirə, Fələstin probleminə həsr edilib. Lunn həm də Amerika ordusunun keçmiş zabiti olub.
1531 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber