Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Yanvar 2014

BMT-nin sabiq baş katibi Kofi Annan İranda səfərdədir

BMT-nin keçmiş baş katibi Kofi Annanın rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfərdədir.

İranın “Mehr” xəbər agentliyinin verdiyi məlumata görə, nümayəndə heyətinə Sülhü Müdafiə və Təhsil Mərkəzi (KAIPTC) üzvləri kimi, Finlandiyanın və Meksikanın eks-prezidentləri Marti Ahti Sari və Ernesto Zedilo ilə yanaşı, Keyptaun şəhərinin yepiskopu Dezmond Toto da daxildir. Onlar səfər çərçivəsində İran rəsmiləri ilə görüşərək, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, KAIPTC Cənubi Afrika Respublikasının mərhum lideri Nelson Mandellanın təşəbbüsü ilə 2007-ci ildə yaradılıb. Təşkilata üzv olan şəxslər dünyada sülh, ədalət və insan haqlarının bərqərar olunması və inkişafı ilə yanaşı, ədalətsizlik və yoxsulluqla mübarizə, həmçinin müharibələrin qarşısını almağa səy göstərir./apa/
1589 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 17:54