Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Yanvar 2014

Fransa prezidentinə qarşı kütləvi etiraz

Ölkənin keçmiş birinci xanımı Trietveyler Hindistana humanitar səfər edib

Dünya Fransa prezidentinin şəxsi həyatı ilə bağlı qalmaqallar fonunda, paytaxt Parisdə minlərlə insan Fransua Oland və onun mərkəzi hökümətinə qarşı kütləvi yürüş keçirib. Paris küçələrinə axışan 50-ə yaxın təşkilat və cəmiyyətin fəalları aksiyaya “Qəzəb günü” adı verib. “Fransızlar hiddətə gəlib” şüarlı plakat daşıyan etirazçılar, yüksək işsizlik səviyyəsi,vergilər, yaşayış üçün tələbatlar və fərdi azadlıqlarla bağlı problemlərdən gileylənib.

Oland 2012-ci ilin mayında hakimiyyətə gələn dönəmlərdə iqtisadiyyat və xarici siyasətlə bağlı islahatlar həyata keçirməyə söz vermişdi. Habelə seçki kampaniyası dönəmlərində verdiyi vədlərə xilaf çıxan sosialist siyasətçi, Fransa tarixinin ən pis prezidentlərindən birinə çevrilib. Olandın populyarlığına ən çox həyata keçirdiyi ixtisar siyasəti, məşğulluqla bağlı ölkədə baş alan problemlər təsir göstərib.

Aksiyadan bir gün əvvəl Fransua oland 1 aya yaxın davam etmiş qalmaqalı xətm edərək, qeyri rəsmi birinci xanımı - jurnalist Valeri Triyerveylerlə münasibətlərinə son qoyduğunu bildirmişdi. Maraqlıdır ki, bu genişlikdə aksiyada, prezidentə qarşı mənfi-yüklənmələrinə baxmayaraq, etirazçılar bir kəlmə olsun belə Olandın gizli münasibətlərinə eyham vurmayıb.

“Adi insanlara qulaq asmayan hökümətə qarşı qəzəbliyik. O adi insanlar ki, bazar günləri etiraza qalxısır, bütün həftəni işləyir və vergisini ödəyir. Hökümətin xərclədiyi pullar bizim pullardır, onlar bu pullardan səmərəli istifadə etməlidir” - deyə etirazçılardan biri bildirib.

Olanda qarşı etirazlara davam etdiyi bir vaxtda, Fransa prezidentinin yollarını ayırdığı keçmiş birinci xanım Trietveyler Hindistana humanitar səfər edib. Mumbay ordusunda qonağı böyük jurlalist izdihamı qaşılayıb.
1581 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı