Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Yanvar 2014

Bu günün hava proqnozu

Bakıda və Abşeron yarımadasında
Buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Temperaturun gecə 1-3° isti, gündüz 6-9° isti, Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti təşkil edəcək. Atmosfer təzyiqi 763 millimetr civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında
Bəzi yerlərdə zəif qar yağacağı, duman olacağı gözlənilir. Havanın temperaturu gecə 3-8° şaxta, dağlıq ərazilərdə 10-14° şaxta, gündüz 0-5° isti, bəzi yerlərdə 3° şaxta təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Bəzi yerlərdə qar yağacağı, duman olacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 0-5° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
Əsasən, yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı vardır. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında
Arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır. Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,Hacıqabul, Salyan və Neftçala rayonlarında
Əsasən, yağmursuz. Lakin gecə və səhər bəzi yerlərdə dumanlı, yağıntılı olacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti təşkil edəcək.

Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara rayonlarında
Gecə və səhər və səhər bəzi yerlərdə yağıntılı olacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Havanın temperaturu gecə 2-4° isti, gündüz 8-11° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti təşkil edəcək.
1494 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi