Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Yanvar 2014

ABŞ kəşfiyyatçısının Rusiyanı tərk etməyə niyyəti yoxdur

ABŞ-ın sabiq kəşfiyyatçısı Edvard Snouden Amerikanın iqtisadi sahədə də məlumat topladğını deyib.

Sabiq kəşfiyyatçı ABŞ-ın iqtisadi sahədə maraqlarını belə analiz edib: "Əgər ABŞ-ın "Siemens" şirkəti onun milli maraqları daxilindədirsə, ölkənin milli təhlükəsizliyinə aidiyyatı olmasa belə məlumat toplayır".

Almaniya televiziyasına müsahibə verən Snouden Rusiyadan 1 illik sığınacaq alıb və özünün bildirdiyinə görə, daha uzun müddət orada qalmağı düşünür.

Qeyd edək ki, Snoudenin sızdırdığı məlumatlar arasında alman Baş nazir Angela Merkelin də mobil telefonunun dinlənildiyi məlum olmuş və iki ölkə arasında gərginlik yaşanmışdı.
1551 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP