Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Yanvar 2014

Ovçunun bədənində güllə yaraları aşkarlanıb

Oğuzda dağdan yıxılaraq öldüyü bildirilən ovçunun bədənində güllə yaraları aşkarlanıb

Oğuz rayonunda dağdan yıxılaraq ölən ovçunun bədənində güllə yaraları aşkarlanıb.

Bu barədə apa-nın Şəki-Zaqatala bürosuna Oğuz Rayon Polis Şöbəsindən bildirilib. Məlumata görə, Oğuz rayonunun Xaçmaz kənd inzibati ərazisində dağda ov zamanı yıxılaraq öldüyü bildirilən rayonun Xaçmazqışlaq kənd sakini, 1981-ci il təvəllüdlü Seyidəliyev Məmmədbağır Aydın oğlunun meyitini üzərində tibbi ekspertiza aparılıb. Ekspertiza zamanı onun sağ qolunda iki və gözünün altında bir güllə yarası aşkar edilib.

Polis və prokurorluq əməkdaşlarının apardıqları araşdırmalar zamanı məlum olub ki, yanvarın 26-sı səhər saatlarında mərhum Məmmədbağır Seyidəliyev, Oğuz şəhər sakini, 1964-cü il təvəllüdlü Həsrətov Xalis Həsrət oğlu, Oğuz rayonu Xaçmaz kənd sakini, 1968-ci il təvəllüdlü Salehov Arif Qara oğlu və rayonun Dəymədağlı kənd sakini, 1971-ci il təvəllüdlü Lətifov Maarif Əhməd oğlu rayonun Xaçmaz kənd inzibati ərazisində dağa ova gediblər. Ov zamanı Xalis Həsrətovun əlindəki 12 çaplı tüfəngdən açılan güllə Məmmədbağır Seyidəliyevə dəyib. Məmmədbağır Seyidəliyev aldığı güllə yarasından hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar aparılır.

Qeyd edək ki, ilkin olaraq M. Seyidəliyevin yıxılaraq öldüyü bildirilirdi.
1583 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...