Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Yanvar 2014

Ermənilər sutka ərzində atəşkəs rejimini 204 dəfə pozublar

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 204 dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən apa-ya verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonu ərazisində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Nəmirli, Baş Qərvənd, Tərtər rayonunun Göyarx, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
1670 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.02.17, 09:38
İnstaqramda yeni funksiya
22.02.17, 18:58
Əsgərimiz şəhid oldu