Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Yanvar 2014

Ukraynada etirazçılar Kliçkonu da eşitmək istəmirlər

Onun ötən gecə tutulan Ədliyyə Nazirliyinin binasını boşaltmaq xahişinə əməl olunmadı

Ukraynada ictimai-siyasi böhran dərinləşir. Yanvarın 27-də ədliyyə naziri Yelena Lukaş ölkədə fövqəladə vəziyyət elan oluna biləcəyini bəyan edib. O deyib ki, müxalifət fəalları Ədliyyə Nazirliyinin binasını boşaltmasalar, Milli Təhlükəsizlik və Müdafiə Şurasına fövqəladə vəziyyət tətbiqi üçün müraciət edəcək, prezident Viktor Yanukoviçi isə müxalifətlə danışıqları dayandırmağa çağıracaq. Nazir əlavə edib ki, binada siyasi böhrandan çıxmaq üçün iş, o cümlədən amnistiya və Ukrayna Konstitusiyasına dəyişiklik layihələri üzərində çalışma aparılırdı.

Paytaxt Kiyevdə Ədliyyə Nazirliyinin binası ötən gecə tutulub. Müxalifət liderlərindən olan Vitali Kliçko gecəyarısı nazirliyə gələrək binanı boşaltmağı xahiş edib, amma onun sözü yerə düşüb.

Xatırladaq ki, ötən il noyabrın 21-də Ukrayna hökuməti Avropa Birliyi ilə assosiasiya sazişi bağlamaqdan imtina etdikdən sonra Kiyevdə davamlı etiraz aksiyaları keçirilir. Bu ay Ukrayna paytaxtının mərkəzində etiraz aksiyalarının keçirilməsini qadağan edən məhkəmə qərarı açıqlanıb və Ukraynada kütləvi tədbirlərin keçirilməsi şərtlərini ağırlaşdıran, internetdə hakimiyyət əleyhinə çağırışlara görə cinayət məsuliyyətini nəzərdə tutan qanunlar qüvvəyə minib. Hökumətin bu addımları müxalifətin kəskin müqaviməti ilə üzləşib. Yanvarın 19-dan paytaxt Kiyevin küçələrində müxaliflərlə hökumət qüvvələrinin toqquşması gedir. Siyasi gərginlik bölgələri də əhatə edib.

Ötən şənbə prezident Viktor Yanukoviç böhrandan çıxış yolu kimi müxalifət liderlərindən Arseni Yatsenyuka baş nazir postu təklif edib. Bu barədə müzakirələr davam edir.
1455 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı