Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Yanvar 2014

Suriya ordusu minaları təmizləir

Suriya ordusu Dəməşqin şimal rayonlarının minalardan təmizlənməsinə başlayıb.

SalamNews-un Rusiyanın “Birinci” telekanalına istinadla verdiyi xəbərə görə, münaqişə tərəfləri arasında barışıq məhz bu ərazidə qüvvəyə minib.

Atəşi dayandıran döyüşçülər mövqelərini tərk edirlər. Artıq bir neçə aydır, döyüşlərin getmədiyi Hümsdə qadın və uşaqların şəhəri tərk edə bilmələri üçün dəhliz təşkil ediləcəyi ehtimalı var. Bu dəhlizə, həmçinin uzun müddətdən sonra humanitar yardım konvoyunin girə biləcəyi gözlənilir.

Bildirək ki, bütün bu razılaşmalar hazırda İsveçrədə keçirilməkdə olan Suriya üzrə “Cenevrə-2” sülh konfransının fonunda əldə edilir. Artıq altıncı gündür, davam edən danışıqların əsas mövzusu, əvvəlki kimi, yenə də Suriya prezidenti Bəşər Əsədin taleyidir. Belə ki, ölkə müxalifəti onun istefasını tələb edir, hökumət nümayəndələri isə bu şərtin müzakirəsindən belə imtina edirlər.


1586 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber