Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Yanvar 2014

Azərbaycanda əsgər özünü ayağından yaralayıb

Azərbaycanda əsgər özünü güllələyib.

Hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri, Həbib Bəxtiyar oğlu İsmayılov təhlükəsizlik qaydalarının pozulması nəticəsində tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanıb. Ayağından güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Faktla bağlı cinayət işi başlanıb və hərbi prokurorluq tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, H. İsmayılov Daşkəsən rayonundan həqiqi hərbi xidmətə çağırılıb./apa/
1538 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP