Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Yanvar 2014

Türkiyədə seçkilərə 15 gün qalmış kimləri öldürəcəklər?

Türkiyədə mart ayında keçiriləcək bələdiyyə seçkiləri ərəfəsində siyasi sui-qəsdlər gözlənilir.

Bu haqda Ankara bələdiyyə başqanı Melik Gökçək bildirib.

“Seçkiyə 15 gün qalmış təəsüf ki, sui-qəsdlər olacaq. Həm AKP-dən, həm AKP-yə qarşı çıxan şəxslərdən öldürülənlər olacaq, bununla da ölkədəki gərginliyi daha da artırmaq istəyəcəklər” - deyə o bildirib.

Bələdiyyə başqanı iddia edib ki, şəxsən özü də ölüm təhdidləri alır: “Mənə də sui-qəsd təşkil edə bilərlər. Amma inanın ki, buna əhəmiyyət vermirəm. Çünki 2 övladıma 5 məktubla Türkiyədə qaranlıq düzən yaratmağa çalışanların şifrələrini vermişəm. Əgər mənə bir şey olsa, heç olmasa ölümüm işə yarasın”.

Melik Gökçək deyib ki, hazırda 65 yaşındadır və bu yaşdan sonra yaşayıb-yaşamaması əhəmiyyət daşımır.

“Məndən alacaqları bir can var. Ancaq əvəzində onlara 100 qat artıq zərər verəcək hər şeyi övladlarıma buraxdığım 5 məktubda yazdım. Sadəcə iki övladıma deyil, onlardan başqa daha 3 şəxsə verdim bu məktubları. Mən öləndən sonra vəsiyyətim oxunanda Türkiyə içərisində və xaricində bu ölkə üzərində planlar quranların oyunları dildən-dilə dolaşacaq, hər kəs həqiqəti öyrənəcək” - deyə bələdiyyə başqanı bildirib.
1473 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...