Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Yanvar 2014

Məhəmməd Əlinin oğlu aclıq və səfalət içindədir – (Fotolar)

"Atamın arvadı görüşməyimizə mane olur. O qadın atamı əlimdən alıb. Mənim barəmdə atama o qədər yalan, hədyan danışıb ki, atam indi məni görmək, danışmaq istəmir".

41 yaşlı Məhəmməd Əli gettoda, yoxsulların yaşadıqları məhəllədə ömür sürür. O, işsiz olduğundan bələdiyyədən aldığı ərzaq talonları, bir də, adda-budda tapdığı müvəqqəti işlərin hesabına yaşayır.

Məhəmməd Əli indi qar kürüməklə gündə bir neçə dollar qazanır.

O, dünya boksunun əfsanəsi Məhəmməd Əlinin ikinci nikahdan olan oğludur.

Xatırladaq ki, Məhəmməd Əlinin 7 qızı, Məhəmməd Əli və Əssəd adlı iki oğlu var.

Boksçunun oğlu Məhəmməd Əli isə deyir ki, atası dördüncü arvadı Lonni ilə evlənəndən sonra hər şey dəyişib: "Atamın 72 yaşı tamam olanda ona zəng vurub ad gününü təbrik etmək istədim. Lakin Lonni imkan vermədi. Atam ağır Parkinson xəstəsidir. Atamla bir az vaxt keçirmək istəyirəm, amma qoymurlar"./milliaz/


1428 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber