Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Yanvar 2014

Suriyada “İraq və Şamda İslam Dövləti”-nin lider müavini öldürülüb

Huca Bəkr Səddam Hüseyn dövründə İraq ordusunun sabiq zabitlərindəndir

Hələbin şimalında müxalifət qruplaşmaları arasında ciddi qarşıdirmalar gedir.

İnterAz-ın Suriya İnsan Hüquqları Müşahidəçi Qrupuna istinadla verdiyi xəbərə görə, Azad Suriya Ordusu silahlıları radikal “DAİŞ” qruplaşmasının lider müavini Huca Bəkrini (Əbu-Bəkr əl-İraqi) Hələbin şimalında gedən döyüşlərdə öldürüb.

Huca Bəkr Səddam Hüseyn dövründə İraq ordusunun sabiq zabitlərindəndir və “İraq və Şamda İslam Dövləti” lideri Əbu-Bəkr əl-Bəğdadinin birinci müavinidir.

Radikal “DAİŞ” qruplaşması liə müxalifətin “İslam Cəbhəsi” arasında qarşıdurmalar bu gün də davam edib. Qarşıdurmalar Hələbin şimalında Kəfər-həmra, İndan və Həritan rayonlarında baş verib.


1424 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 18:54