Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2013

“Türkiyə silahlı şəbəkələrdən dəstəyini çəksin”

Suriyalı Kürd heyəti Ankaradan silahlı şəbəkələrə dəstəyini çəkməsini istədi

Ankarada bir sıra görüşlərdə sonra Diyarbakıra gələn SKYK heyətindən İlham Əhməd və Abdulsəlam Əhməd mətbuat konfransı keçirdi

Ankarada olan Suriya Kürd Yüksək Şurası heyətindən edilən şərhdə: “Türkiyədən silahlı şəbəkələrdən dəstəyini çəkməsini istədik” deyildi.

Ankarada bir sıra görüşlər olduqdan sonra Diyarbakıra gələn Suriya Kürd Yüksək Şurası heyətindən İlham Əhməd və Abdulsəlam Əhməd BDP Diyarbakır rəhbərliyini ziyarət etdi. BDP səlahiyyətliləriylə fikir mübadiləsi aparan SKYK heyəti daha sonra mətbuat konfransı etdi. Ankaradakı görüşlərlə əlaqədar məlumat verən heyətin spikeri İlham Əhməd Xarici İşlər Nazirliyi səlahiyyətliləri də daxil olmaqla bir çox görüşlər keçirdiklərini ifadə edərək görüşlərlə əlaqədar BDP-nin yardımını yüksək qiymətləndirdiklərinni söylədi. Əhməd bunları dedi:

“Şəbəkələr Türkiyə üçün də böyük problem meydana gətirəcək”

“İstanbulda olan Suriya müxalifəti ilə bəzi görüşlərimiz oldu. Suriyada bilirsiniz ki, 3 ilə yaxın davam edən bir proses var. Bu müddətdə bəzi qruplar rejimi, bəzi qruplar müxalifəti dəstəklədi. Bu müddətdən sonra artıq dialoq yolu ortaya çıxmalıdır. Hər kəs bunu istəyir . Bu döyüş müddəti Suriya və xalqını çox təhlükəyə saldı. Oraya göndərilən şəbəkələr çox pis bir vəziyyəti də özü ilə gətirdi. Bu vəziyyət gələcəkdə başda Türkiyə olmaqla bölgə ölkələri üçün təhlükə yarada bilər. Türkiyənin dəstəklədiyi müxalifətin yarıdan çoxu silahlı şəbəkələrin əlinə keçdi. Vəziyyət çox pisdir və qarşısı alınmazsa bu şəbəkələr başda Türkiyə olmaqla böyük problem meydana gətirəcəklər”.

“Türkiyə silahlı şəbəkələrdən dəstəyini çəksin”

Kürdlərin bu günə qədər etdiyi mübarizənin bütün Suriya xalqları üçün olduğunu müdafiə edən İlham Əhməd sözlərini belə davam etdirdi:

“Suriyanın parçalanması ehtimalı bu günə qədər çox danışıldı. Əgər demokratik Federativ bir rəhbərlik olursa parçalanma olmaz. Bu əsasda yeni bir sistem qurulmalıdır. Suriya Kürdləri içəridə şəbəkələrlə məşğul olur. Çöldən qapıların bağlanılması siyasətin də qapılarını bağlayır. Türkiyə görüşümüz qonşuluq adına və bu əlaqələr üçün idi. Biz Türkiyəyə qapıların bağlanmasına dair sual verdik. Bundan əvvəl olduğu kimi bundan sonra da qonşuyuq. İnkarçılıq və görməməzlik Türkiyəyə də zərər verər. Türkiyədən silahlı şəbəkələrdən dəstəyini çəkməsini istədik. Bu vəziyyət Türkiyə üçün də çox zərərlidir. Kürdlərdən bu günə qədər Türkiyəyə bir zərər gəlməmişdir” ./rastazeri
1542 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:56