Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Yanvar 2014

Hizbullah lideri necə qorunur? - maraqlı faktlar

Həsən Nəsrullah ümumxalq toplantılarına video konfrans vasitəsilə bağlanır və çox nadir hallarda xalqın qarşısına çıxır

Dünyanın önəmli hərbi-siyasi təşkilatlarından olan Hizbullah partiyası Suriya hadisələri fonunda yenidən gündəmə gəlib. Demək olar ki, bütün dünya Hizbullahın Suriya hadisələrində ciddi təsirə malik olduğunu qəbul edib. Hizbullah mürəkkəb hərbi-siyasi və təhlükəsizlik sisteminə malikdir. Livanın daxilində və xaricində çoxlu hərbi əməliyyatlar keçirib. 1980-ci illərdən keşməkeşli tarix keçən təşkilat dəfələrlə dünyanın öndə gedən hərbi gücü sayılan İsraillə açıq müharibəyə girmiş və döyüşdən qalib çıxmışdır. 

Nur-az.com İnteraztv.com-da dərc olunan məlumata əsasən bildirir ki, 2000-ci ildə Livanın cənubunun işğaldan azad olunması və 2006-cı ildə 33 günlük müharibəni buna misal göstərmək olar. Hizbullah təşkilatı bir neçə Qərb ölkələri tərəfindən terrorçuluqda ittiham olunsa da, ən çox terrora məruz qalan təşkilatlardan biridir. Təşkilatın ilk liderləri Məhəmməd Rəqib Hərb və Seyyid Abbas Müsəvi, daha sonra isə əfsanəvi hərbi komandan İmad Muqniyə (Hacı Rizvan) terror nəticəsində öldürülüblər. 


Seyyid Abbas Müsəvi



İmad Muqniyyə (Hacı Rizvan)



Hazırkı lider Seyyid Həsən Nəsrullah Hizbullah tarixində xüsusi əhəmiyyətə malikdir. Bu xarizmatik liderin sayəsində Hizbullah siyasi uğurlara imza atmış, seçkilər yolu ilə hökümətdə ciddi mövqe tutmuş və bir neçə hərbi münaqişədən uğurla çıxmışdır. Məhz buna görə də Hizbullah düşmənləri, xüsusilə, İsrail Seyyid Həsən Nəsrullahı əsas terror hədəfi olaraq seçib. 

Livanın daxili şəraitini nəzərə alsaq bu qədər amansız və təcrübəli düşmənləri olan bir şəxsin qorunması o qədər də asan deyil. 2006-ci ildə baş verən 33 günlük müharibədən sonra İsrail və mütəffiqləri vəziyyətin həddən artıq ağır olduğunu anladılar. İsrailin bir çox yüksək rütbəli hərbiçiləri müharibənin biabırçı məğlubiyyətlə başa çatdığını, Hizbullahın artıq kiçik bir dəstə deyil, sistemli hərbi güc olduğunu etiraf etdilər. Məhz bu müharibədə Seyyid Həsən Nəsrullah Əl-Mənar telekanalının efirində Aralıq dənizi sahilində keçirilən əməliyyata canlı bağlanaraq İsrailin hərbi gəmisini məhv etməyi əmr etməklə dünya hərbi tarixində yeni bir ilkə imza atdı. Dünyanın heç bir hərbi sisteminə oxşamayan bu məchul sistem sayəsində İsrail əsgərlərinin qurudan etdikləri bütün hücumlar pusquya tuş gələrək məhv edildi. 

Bu müharibədən sonra liderin qorunması daha da çətinləşdi. Belə ki, 2006-cı ildən bəri Həsən Nəsrullahın harada və necə yaşadığını bilən yoxdur. Bəzən o bir gecədə bir neçə dəfə istirahət etdiyi yeri dəyişməli olur. O, ümumxalq toplantılarına da video konfrans vasitəsilə bağlanır və çox nadir hallarda xalqın qarşısına çıxır. 

Həsən Nəsrullah xalqa video bağlantı ilə müraciət edərkən




Seyyid Həsən Nəsrullahın mühafizə briqadasında 150-ə yaxın təcrübəli hərbiçi var. Onlar briqada komandiri Rəfiq Safanın tabeliyində çalışırlar. Ümumi təhlükəsizlik şurasında Rəfiq Safadan başqa Mustafa Bədrəddin (Hizbullahın hərbi komandiri), Xəlil Hərb (Kəşfiyyat məsələləri üzrə müşavir), Əbu Əli Cavad (şəxsi cangüdən) və Seyyid Səfiyəddin (İcra komitəsinin sədri) də daxildir. Yaxın qorumada isə 20 nəfər mütəxəssis, Nəsrullahın kürəkəni Əbu Əli Cavadın tabeliyində fəaliyyət göstərir. 

Əbu Əli Cavad gənc yaşlarından Nəsrullahın yanında ən etibarlı şəxs kimi yer tutub. Öz görünüşü ilə, hətta, ərəb qızlarının da sevimlisinə çevrilən bu gənc məxfi bazalarda ən yüksək təlimlər görüb və liderin mühafizəsində ən önəmli şəxsdir. O, heç vaxt gülümsəmir və qaynatasını adətən öz bədəni ilə qoruyur. Buna görə də ona "Seyyidin canlı sipəri" ləqəbi verilib.

Əbu Əli Cavad (şəxsi cangüdəni)









2006-cı ildən sonra Hizbullah lideri gizli qərargahından çıxmaq qərarı verdikdə 150 nəfərlik mühafizə briqadasına daha 130 nəfər yardım edir. Yollar bağlanır, onun hərəkət istiqamətində və dayandığı yerlərə heç bir maşın və motosiklet buraxılmır. Qorumalar açıq şəkildə avtomat silahlar gəzdirirlər. Kvadrat sistemlə yaxın qorumalar lideri əhatəyə alırlar. Çıxış etdiyi tribunada adətən zirehli şüşədən istifadə olunur. 

Ötən il Aşura mərasimində Nəsrullahın mühafizə sistemi daha bir yeniliklə mətbuatın diqqətini çəkdi, onlar əllərində qara çanta tutmuşdular. Sonradan mütəxəssislər bu çantanın açılaraq zirehli sipərə çevrildiyini bildirdilər. 




1645 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 18:43
S