Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Yanvar 2014

Qubada bir əsrlik məscid qəzalı vəziyyətdədir

Bu səbəbdən sakinlər dini mərasimləri yerinə yetirərkən bir sıra çətinliklərlə üzləşirlər

Qubanın I Nügədi kənd məscidi qəzalı vəziyyətdədir. Bir əsrdən artıq tarixə malik ibadət evi baxımsızlıq nəticəsində acınacaqlı hala düşüb. Yerli sakinlərin sözlərinə görə, 1907-ci ildə inşa olunan bina sovet dövründə əvvəl klub daha sonra isə anbar kimi istifadə olunub.

Hazırda məcdin əsaslı təmirə ehtiyacı var. Çiy kərpicdən tikilən binanın tavanı və döşəməsi sıradan çıxıb, divarlarında isə iri çatlar əmələ gəlib. Bu səbəbdən sakinlər dini mərasimləri yerinə yetirərkən bir sıra çətinliklərlə üzləşirlər.

I Nügədi məscidindəki problemdən QMİ-nin ŞB üzrə nümayəndəsi Naib Səttarov da xəbərdardır. O, məsələ ilə bağlı QMİ-nə müraciət olunduğunu deyir. Naib Səttarov bölgə bir sıra məscidlərin də təmir və bərpaya ehtiyacının olduğunu bildirib. Əlavə edib ki, yaxın zamanda bu istiqamətdə tədbirlər görüləcək./interaztv.com/
1597 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 11:50